Seyid Həsən Nəsrullah Əl-Əqsa Tufanı əməliyyatının ildönümü ərəfəsində çıxışının əvvəlində Livanda son terror əməliyyatları zamanı şəhid olanların, eləcə də Livanın cənubda Qüds yolunda şəhid olanların ailələrini təbrik edib və onlara başsağlığı verib, bütün yaralılara Allahdan şəfa və səbr diləyib.
Hizbullah lideri deyib: “Bu gün mənim çıxış etməyimə səbəb son iki gündə baş verən hadisələrdir, bu, qiymətləndirmə və mövqe tutmağı tələb edir. Livan hökumətinə, Səhiyyə Nazirliyinə, xəstəxanalara, tibb və sağlamlıq mərkəzlərinə, həkimlərə və tibb bacılarına və qardaşlarına təşəkkür edirəm.”
Seyid Həsən Nəsrullah vurğulayıb: “Livana kömək etmək üçün dərhal hərəkətə keçən bütün ölkələrə, o cümlədən İraq hökumətinə, İran İslam Respublikasına, Suriya hökumətinə və Livan hökuməti ilə əlaqə saxlayaraq kömək təklif edən hökumətlərə təşəkkür edirik.”
Hərəkat rəhbəri bildirib: “Çərşənbə axşamı baş verənlər düşmənin "peycer" cihazlarını hədəfə alması və eyni zamanda onları partlatması idi. Bu, bütün qayda-qanunların və qırmızı xətlərin pozulması idi və (düşmən) nə insani, nə də əxlaqi heç nəyə əhəmiyyət vermədi.
Düşmən cəmiyyətin bir çox təbəqələrinin istifadə etdiyi mülki vasitədən sui-istifadə etdi, çərşənbə günü, kimin istifadə etməsinə diqqət yetirmədən simsiz cihazları bir daha partlatdı, nəticədə onlarla insan, o cümlədən uşaqlar, qadınlar və dinc sakinlər şəhid oldu.”
Hizbullah Hərəkatının Baş katibi çıxışının davamında deyib: “Düşmən hesab edirdi ki, sayı 4 mindən çox olan peycer cihazları Hizbullah qüvvələri arasında paylanıb. Beləliklə, düşmən bir dəqiqə ərzində 4 min insanı şəhid etmək niyyətində idi. Ertəsi gün düşmən minlərlə insanı öldürməyi planlaşdırırdı. Düşmən bu yolla iki gündə 2 dəqiqə ərzində ən azı 5 min nəfəri şəhid etmək istəyirdi.”
“Biz bu iki günü “çərşənbə axşamı qətliamı”, “çərşənbə qətliamı” adlandırırıq. Allah lütf və mərhəməti ilə böyük bir bəlanın qarşısını aldı. Çünki yaralıların yaralarının çoxu səthidir, peycerlərin də bəziləri söndürülmüş olub, bəziləri isə hələ paylanmamışdı. Allahın lütfü, vicdanlı və səmimi insan səyləri və çoxlu müxtəlif qrupların iştirakı sayəsində düşmənin hədəflərinin böyük bir hissəsi puça çıxdı”- deyə, müqavimət lideri qeyd edib.
Seyid Həsən Nəsrullah deyib: “Çərşənbə axşamı rəsmi və qeyri-rəsmi kanallar vasitəsilə mesajlar gəldi ki, zərbənin (İsrailin Livandakı terror əməliyyatları) məqsədi Livan cəbhəsini dayandırmaqdır. Amma vurğulayırıq ki, Livan cəbhəsi dayanmayacaq və Fələstin müqavimətini dəstəkləməyə davam edəcək.”
Sionist rejimin Livandakı son terror əməliyyatlarının əvəzini ağır ödəyəcəyini vurğulayan Seyid Həsən Nəsrullah deyib: “Siz ağır bədəl ödəyəcəksiniz və ədalətli şəkildə cəzalandırılacaqsınız. Bu bədəli təsəvvürünüzə gələn və gəlməyən yerdən ödəyəcəksiniz.”
Sizin rəyiniz